İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi PSJ-dən Renato Sançesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Roma" 25 yaşlı yarımmüdafiəçini 1 mövsümlük icarəyə götürüb. Klublar arasında imzalanan müqavilədə 15 milyon avroluq satınalma bəndi də var. Portuqaliyalı oyunçu matçların 60 faizində meydana çıxsa, satınalma bəndi işə düşəcək.
Qeyd edək ki, PSJ Renato Sançesi ötən ilin yayında "Lill"dən transfer edib. Portuqaliyalı millisinin üzvü Paris təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol vurub.