Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Hindistan təmsilçisi Vidit Santoşla qarşılaşıb. İdmançımız rəqibini 1:0 hesabı ilə məğlub edib.
Abbasov bu nəticə ilə yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, tərəflər arasındakı ilk görüş heç-heçə başa çatmışdı.