"İnter" hücumçu transfer etdi

13:55 - 17 Avqust 2023

İtaliyanın "İnter" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bolonya"dan Marko Arnautoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı forvard 2023/2024 mövsümünü icarə əsasında "İnter"in heyətində keçirəcək. Milan təmsilçisi 10 milyon avro ödəyərək avstriyalı hücumçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Xəbər xətti