"Çelsi" 3 xalı 3 qolla qazandı - VİDEO

10:22 - 26 Avqust 2023

İngiltərə Premyer Liqasında 3-cü tura start verilib.

Sportal.az xəbər verir ki, turun açılış matçında "Çelsi" doğma meydanda "Luton Taun"u qəbul edib. Qarşılaşma London təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 4-ə yüksəldən "Çelsi" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bütün oyunlarda məğlub olan "Luton Taun" isə sonuncu yerdədir.

"Çelsi" - "Luton Taun" 3:0

Qollar: Rahum Sterlinq, 17, 68, Nikolas Cekson, 75

Xəbər xətti