"Zirə"nin kapitanı üçün əlamətdar oyun

20:25 - 28 Avqust 2023

"Zirə"nin kapitanı Qismət Alıyev komandanın heyətində 100-cü oyununu keçirib.

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının IV turunda “Sabah”la ev qarşılaşmasına (1:0) təsadüf edib.

Qeyd edək ki, Qismət Alıyev 2020-ci ilin oktyabrından "qartallar"da çıxış edir.

Xəbər xətti