Gürcü hücumçu "Ayaks"da

19:42 - 29 Avqust 2023

Niderlandın "Ayaks" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi "Metz"də çıxış edən Georges Mikautadzeni rənglərinə bağlayıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Gürcü hücumçu artıq Amsterdamdadır. Tibbi müayinədən sonra onunla müqavilə imzalanacaq. "Ayaks" 22 yaşlı forvard üçün Fransa klubuna 17+3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Georges Mikautadze 2017-ci ilin yayında ASSP-dan "Metz"in akademiyasına transfer olunub. Gürcüstan millisinin üzvü cari mövsümdə Fransa çempionatında meydana çıxdığı 3 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti