Türkiyə millisinin sabiq üzvü II Liqa klubunda

19:33 - 31 Avqust 2023

Türkiyə milli komandasının sabiq futbolçusu Tarık Çamdalın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi karyerasını II Liqada (səviyyəcə III) davam etdirəcək. Təcrübəli arxa xətt oyunçusu "Sarıyer"ə keçib. Onunla 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Tarık Çamdal karyerası ərzində "Eskişehirspor", "Qalatasaray", "Antalyaspor", "Adana Demirspor", "Tuzlaspor" və "Qalatasaray"da çıxış edib. Futbolçu Türkiyə millisinin heyətində keçirdiyi 6 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti