"Liverpul" 3 xalı 3 qolla qazandı - VİDEO

20:51 - 3 Sentyabr 2023

İngiltərə Premyer Liqasında 4-cü turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Liverpul" bu gün doğma meydanda "Aston Villa"nı qəbul edib. Qarşılaşma Mersisayd təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Liverpul" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 6 xalı olan "Aston Villa" isə 11-ci yerdədir.

"Liverpul" - "Aston Villa" 3:0

Qollar: Dominik Saboslai, 3, Metti Keş, 22 (avtoqol), Məhəmməd Salah, 55

Xəbər xətti