Fransanın "Nitsa" klubundan ayrılan Kasper Şmeyxelin yeni ünvanı məlum olub.
Sportal.az xəbər verir ki, danimarkalı qapıçı karyerasını Belçikada davam etdirəcək. 37 yaşlı qolkiper "Anderlext"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarka millisinin üzvü yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kasper Şmeyxel ötən ilin yayında "Lester Siti"dən ayrılaraq "Nitsa"ya keçmişdi.