Azərbaycan millisinin heyəti açıqlandı

11:17 - 23 Sentyabr 2023

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü il dünya çempionatına hazırlıq çərçivəsində Türkiyənin Belek bölgəsində təlim-məşq toplanışı keçəcək. 

Sportal.az xəbər verir ki, millinin hazırlığı üçün heyəti açıqlanıb.

Yığma komandamızın baş məşqçisi Elşad Quliyev 11-i “Zirə”, 9-u isə “Birbaş Bakı”dan olmaqla 20 futbolçuya dəvət göndərib. Toplanış sentyabrın 23-dən oktyabrın 7-dək davam edəcək.

Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov

Müdafiəçilər: Tural Nərimanov, Taleh Babayev, Aleksandr Şemonayev, Vüsal İsaev, Mirmehdi Rzayev, Vəli Qafarov, Təmkin Xəlilzadə

Yarımmüdafiəçilər: Rəvan Kərimov, Pərviz Qaraxanov, Rizvan Fərzəliyev, Elvin Əlizadə, Seymur Məmmədov, Mirkamil Əliyev, Cəfər Cəfərov,

Hücumçular: Bəxtiyar Soltanov, Samir Həmzəyev, Emil Məmmədov, Eşqin Tağıyev

Xəbər xətti