İspaniyalı məşqçi bu klubun təklifini qəbul etmədi

12:44 - 28 Sentyabr 2023

İspaniyanın “Almeriya” klubu Xavi Qrasiyaya təklif göndərib.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 53 yaşlı məşqçi adıçəkilən klubu çalışdırmaq istəməyib.

O, rəhbərliyin təklifini gözdən keçirib və geri çevirib. Qrasiya 2012/2013 mövsümündə "Almeriya"nı çalışdırıb.

Xavi karyerası “Kadis”, “Osasuna”, “Malaqa”, “Rubin”, “Uotford”, “Valensiya”, “Əl-Sədd” klublarını çalışdırıb.

Xəbər xətti