"Real" fransalı ilə müqavilə müddətini artırmağı planlaşdırır

10:18 - 29 Sentyabr 2023

"Real" Eduardo Kamavinqa ilə müqavilə müddətini artırmağa yaxındır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" fransalıdan ilkin razılıq alıb.

22 yaşlı futbolçu yeni müqaviləyə qol çəkərsə, "Real"da daha yüksək maaş qazanacaq.

Kamavinqa 2021-ci ilin avqustunda “Renn”dən “Real”a keçmişdi. Kamavinqanın hazırkı müqaviləsi 2027-ci il iyunun 30-a qədərdir. 

Xəbər xətti