İsveç mətbuatı: "Hekken" cüzi favoritdir, onların "Qarabağ"a qalib gəlmək şansları var"

12:48 - 5 Oktyabr 2023

İsveç mətbuatında Avropa Liqasının H qrupunun 2-ci turunun "Hekken" - "Qarabağ" matçından öncə tərəflərin durumu təhlil edilib.

Sportal.az xəbər verir ki, “SvenskaFans.com” saytı Ağdam klubunun avrokuboklar təcrübəsini önə çıxarıb, amma İsveç çempionunun bu görüşün favoriti olduğunu yazıb:

"Hekken" "Qarabağ"a qalib gəlmək şansları var. Onlar təbii olaraq doğma divarlardan faydalana bilər. İlk dəfə evdə Avropa Liqasının qrup mərhələsinin oyununu qəbul etmək də, xüsusidir. Amma qalib gəlmək asan olmayacaq. Çünki "Qarabağ" Qurban Qurbanov kimi təcrübəli məşqçinin rəhbərlik etdiyi, bu cür matçlara öyrəşmiş komandadır. "Hekken" "Qarabağ"la oyunun cüzi favoritidir. Şanslar 50/50-dir".

"Hekken" - "Qarabağ" oyunu Göteborqdakı "Ullevi" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirbağırağa

Xəbər xətti