"Zirə"nin müdafiəçisi Niger millisinə çağırıldı

17:43 - 9 Oktyabr 2023

"Zirə"nin futbolçusu İssa Cibriela Niger milli komandasına dəvət olunub.

Sportal.az xəbər verir ki, 27 yaşlı sol cinah müdafiəçisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsinin Somali və Liviya ilə matçları üçün yığmaya çağırılıb.

Qeyd edək ki, İssa Cibriela bu ilin yanvar ayından "Zirə"də çıxış edir. Arxa xətt oyunçusu cari mövsümdə "qartallar"ın heyətində 3 Premyer Liqa matçında meydana çıxıb.

Xəbər xətti