Elmar Baxşıyev: "İlk dövrədə istədiyimiz nəticələr olmadı, amma inkişafı görürük"

15:34 - 12 Oktyabr 2023

"Doqquz oyun keçirmişik. İlk dövrədə istədiyimiz nəticələr olmadı. Amma oyundan-oyuna komandadakı inkişafı görürük. Birinci dövrə bitib. İnanıram ki, komanda şəklində daha yaxşısını edib, yuxarı pillələrə qalxa biləcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "CBC Sport"a açıqlamasında deyib. 

O, milli komandalara görə çempionata verilən fasilə zamanı hazırlıqlarını davam etdirən komandasının gələcəyinə ümidlə baxdığını bildirib:"Çətin olacağı öncədən bəlli idi. Çünki heyətdə oturuşmuş futbolçularımız var idi ki, onlar komandanı tərk etdi. Amma yenə də ümidliyik. Son matçlar göstərir ki, komanda hər bir rəqiblə oynamağa çalışır. İndiki nəticə bizim üçün qənaətbəxş ola bilər. Oyunumuz isə gələcəyə ümidlə baxmağımıza ümid verir".

Mirbağırağa

Xəbər xətti