Millimiz Monteneqronu qəbul edir

10:20 - 31 Oktyabr 2023

Qadınlardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, millimiz “Dalğa Arena”da, saat 16:00-da start götürəcək oyunda Monteneqro yığması ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq Azərbaycan – Monteneqro qarşılaşmasını Ukraynadan olan hakimlər briqadası idarə edəcək:

Xəbər xətti