"Sabah" avrokubokda ilk qələbəsini qazandı

20:53 - 8 Noyabr 2023

“Sabah” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro “Mornar”ını qəbul edib. Qarşılaşma "Sabah"ın 81:74 hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimiz müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.

Qeyd edək ki, qrupda bu iki komandadan savayı "Bahçeşeher" və "Nimburk" klubları da yer alıb. 

Xəbər xətti