Futbol üzrə Azərbaycan II Liqasında XI turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, "Dinamo" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 15-ə yüksəldən "Dinamo" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Şəfa" isə 13-cü yerdədir.
"Dinamo" - "Şəfa" 1:0
Qol: Valeh Seyidov, 74