"Zirə"nin müdafiəçisi millidə qol ötürməsi ilə yadda qaldı

16:50 - 22 Noyabr 2023

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Zirə"nin futbolçusu İssa Cibrillanın formasını geyindiyi Niger millisi öz meydanında Zambiyanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İssa Cibrilla da bu görüşün iştirakçısı olub. 27 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib. O, komandasının ikinci qolunun məhsuldar ötürməsini edib.

2 turdan sonra 3 xal toplayan Niger yığmsı E qrupunda 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti