Emreli ehtiyatda qaldı, "Dinamo" qalib gəldi

10:35 - 26 Noyabr 2023

Xorvatiya çempionatında 16-cı turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo"(Zaqreb) doğma meydanda "Osiyek"lə qarşılaşıb.

Matç zaqreblilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Emreli son turda olduğu kimi matçı ehtiyat oyunçular skamyasında keçirib.

"Dinamo" 27 xalla 3-cü pillədədir.

Xəbər xətti