"Turan Tovuz"un yubiley matçı

09:34 - 27 Noyabr 2023

"Turan Tovuz" Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib. Bu, Misli Premyer Liqasının XIV turuna təsadüf edib. Qərblilər səfərdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu müddətdə 14 qələbə qazanıb, 12 heç-heçə edib və 24 dəfə məğlub olub. 50 matçda 57 qol vuran komanda 71 top buraxıb.

Premyer Liqada yalnız bir baş məşqçinin rəhbərliyi altında çıxış edən “Turan Tovuz” Ayxan Abbasovun başçılığı ilə 50-ci çempionat görüşünü keçirib. “Turan Tovuz” evdə 24, səfərdə 26 qarşılaşmaya çıxıb.

Qeyd edək ki, qərblilər ölkə çempionatında 50 və daha çox matç keçirən 46-cı komandadır.

Xəbər xətti