Yüksək maaş aldıqları üçün rəhbərlik onları satışa çıxaracaq

16:34 - 27 Noyabr 2023

"Lion" qış "transfer pəncərəsi" zamanı Aleksandr Lakazett və Korenten Tolissonu satışa çıxarmaq niyyətindədir.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi bu futbolçuların oyun səviyyəsinin onların maaşlarına uyğun gəlmədiyini hesab edir.

Ona görə də, onları transferə çıxaracaqlar. Lakazette ildə 5,4 milyon, Tolisso isə 4,8 milyon avro maaş alır. Hər iki futbolçu da "Lion"un yetirməsidir.

Lakazett 2022-ci "Arsenal"dan, Tolisso isə "Bavariya"dan sabiq komandasına qayıdıb.

Xəbər xətti