Millimizin üzvü oynadı, komandası bərabərə qaldı

09:18 - 28 Noyabr 2023

Niderland birinci divizionunda 15-ci turun matçları baş tutub. 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" növbəti görüşünə çıxıb.

Onun komandası "Top Oss"la qarşılaşıb və qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Kökçü meydana start heyətində çıxıb və sona qədər oynayıb. 

“Eyndhoven” 22 xalla 12-ci pillədədir.

Xəbər xətti