Diniyev qol vurdu, "Ümraniyespor" qalib gəldi

09:34 - 2 Dekabr 2023

Türkiyənin 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" "Kocaelispor"un qonağı olub.

Coşqunun komandası rəqibinə 3:0 qalib gəlib. O, matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib. Millimizin üzvü 28-ci dəqiqədə komandasının ikinci qolunu vurub. 

"Ümraniyəspor" 15 xalla 12-ci pillədədir. 

Xəbər xətti