Bu klub "Sabah"ın futbolçusunun transfer hüququna sahib çıxmaq istəyir

15:18 - 2 Dekabr 2023

"Araz-Naxçıvan" legionerlərlə yanaşı, bu mövsümün əvvəlində komandaya cəlb etdiyi yerli futbolçular arasında da heyətdə saxlamaq istədikləri üçün hərəkətə keçib.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi U-21 yığmamızın müdafiəçisi Abdulla Rzayevi uzun müddətlik xidmətində maraqlıdır.

Müqavilə ilə “Sabah”a məxsus olan Rzayevi istəyən komandalar isə az deyil.

"Araz-Naxçıvan" gənc futbolçunun transfer hüququna yiyələnmək istəyir. "Sabah”ın yetirməsi olan müdafiəçi “Şamaxı” və “Kəpəz”də icarə əsasında çıxış edib.
 

Xəbər xətti