AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıq aparır

12:49 - 7 Dekabr 2023

Türkiyə mətbuatı Azərbaycan milli komandasının yeni baş məşqçisi postuna namizədlərdən birinin adını açıqlayıb.

Sportal.az “Ajansspor”a istinadən xəbər verir ki, AFFA Şenol Güneşlə danışıqlara başlayıb. Onunla razılıq əldə edilib-edilməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

71 yaşlı mütəxəssisin son iş yeri “Beşiktaş” olub. O, “Bursaspor”, “Trabzonspor” kimi komandalarına, həmçinini Türkiyə millisinə də rəhbərlik edib.

Xəbər xətti