Xorvatiya mətbuatı: "Emrelinin də "Hayduk"la oyunu buraxmaq təhlükəsi var"

13:34 - 7 Dekabr 2023

Xorvatiya mətbuatında qarşıdakı "Dinamo" - "Hayduk" derbisini buraxmaq (17 dekabr) təhlükəsi olan futbolçular arasında Mahir Emrelinin adı qeyd edilib. 

Sportal.az xəbər verir ki, "Index.hr" portalını məsələ haqda bunu yazıb:

"Nəzərə alsaq ki, komandalar bu oyuna qədər hərəyə bir oyun keçirməli olacaqlar, onlar növbəti sarı vərəqəsi üçüncü olacaq futbolçulara xüsusi diqqət yetirməlidir. Buna görə derbini buraxa bilərlər. Həm “Dinamo”nun, həm də “Hayduk”un bu problemi olan beş futbolçusu var. Zaqreb klubundan Dino Periç, Qabriel Vidoviç, Kevin Teofil-Ketrin, Yosip Mişiç və Mahir Emreli, “Hayduk”da isə Zvonimir Şarliya, Emir Saiti, Niko Siqur, İvan Dolçek və Antoni Kalik isə təhlükə altındadır".

Xəbər xətti