Rauf Əliyev və Əfran İsmayılov qol vurdu, millimizin sabiq üzvlərinin komandası qalib gəldi

14:18 - 7 Dekabr 2023

Azərbaycan millisinin sabiq futbolçularından ibarət “İnter” minifutbol üzrə ölkə çempionatında uğurlu debüt edib.

Sportal.az xəbər verir ki, adıçəkilən komanda ilk turda “Sumqayıt”la qarşılaşıb. Görüş millimizin sabiq üzvlərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“İnter”in qollarına Rauf Əliyev(2), Əfran İsmayılov, Rahid Əmirquliyev vurub. "Sumqayıt"dan isə Emin Əliyev dubl edib.

Turun digər oyunlarının nəticələri isə belə olub:

"Veteran” – “Baku Fire” (7:1)
“Turan” – “Qalaksi” 4:2
“Abşeron” – “Birbaşa Bakı” 1:5
“Real Bakı” – “Atəşgah” 4:3
“Dirçəliş” – "Aznur"1:5
"Dinamo" (Gəncə) - "Siyəzən" 4:3
"Zirə" - "Odlar Yurdu" 4:1

Xəbər xətti