"Liverpul"un müdafiəçisi sıradan çıxdı

14:34 - 7 Dekabr 2023

“Liverpul”un müdafiəçisi Joel Matipin dizinin ön çarpaz bağı qopub.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, bu, "qırmızılar"ın Premyer Liqada "Fulhem"lə matçında (4:3) baş verib. Mersisayd klubunun baş məşqçisi Yurgen Klopp da bunu təsdiqləyib:

“Təəssüf ki, ilk saniyədən qorxduğum budur. Hər şey tam olaraq belə görünürdü. Çox bəxtimiz gətirmədi”.

Futbolçunun cari mövsümün sonuna qədər sıradan çıxması ehtimalı var, onun "Liverpul"la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti