Çempionlar Liqasında 1/8 finalın püşkü atılır

11:21 - 18 Dekabr 2023

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçiriləcək tədbir Bakı vaxtilə saat 15:00-da başkayacaq.

Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər səbətində yer alıb.

Səpələnmişlər: "Arsenal", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko", "Barselona", "Real", "Real Sosyedad" (hamısı İspaniya), "Bavariya", Dortmund "Borussiya"sı (hər ikisi Almaniya).

Səpələnməmişlər: "Kopenhagen" (Danimarka), "İnter", "Latsio", "Napoli" (hər üçü İtaliya), “Leyptsiq” (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), PSV (Niderland).

Xəbər xətti