Şahruddin oynadı, "Adana Demirspor" səfərdə 1 xal qazandı

09:16 - 20 Dekabr 2023

Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Qaziantep"in qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Şahruddin də bu görüşün iştirakçısı olub. 29 yaşlı qolkiper matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

16 turdan sonra 24 xalı olan "Adana Demirspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti