Türkiyə klubu çempion olmuş azərbaycanlı baş məşqçini istefaya göndərdi

21:53 - 25 Dekabr 2023

Türkiyənin qadın futbolçulardan ibarət "Fomget" klubu baş məşqçi Siyasət Əsgərovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azərbaycanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Fomget" ötən mövsüm Siyasət Əsgərovun rəhbərliyi altında Türkiyə çempionu olub. Paytaxt klubu cari mövsümdə 14 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda lider "Fənərbaxça"dan 7 xal geridədir.

Xəbər xətti