Fatih Terimin yeni iş yeri bəlli oldu

17:09 - 26 Dekabr 2023

Fatih Terimin işsiz günləri başa çatır.

Sportal.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Yunanıstanda çalışacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Təcrübəli məşqçi "Panatinaikos"la anlaşıb. O, sabah Yunanıstana gedərək Super Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Fatih Terim son olaraq "Qalatasaray"ı çalışdırıb. Türk mütəxəssis ötən ilin yanvar ayında istefaya göndərilib.

Xəbər xətti