"Qalatasaray" Super Kubok matçına 4 itki ilə çıxacaq

16:44 - 28 Dekabr 2023

"Qalatasaray" Türkiyə Super Kuboku matçında əzəli rəqibi "Fənərbaxça" ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" derbiyə ciddi itkilərlə çıxacaq. "Cim bom"un 4 futbolçusunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Davinson Sançes, Hakim Ziyeş və Serjio Oliveyra zədə səbəbindən heyətdə yer almır. Baş məşqçi Okan Buruk Anxelinyoya isə ehtiyac duymayıb.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu sabah Bakı vaxtilə saat 21:45-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutacaq.

Xəbər xətti