"Qalatasaray" - "Fənərbaxça" matçı təxirə salındı - YENİLƏNİB

21:58 - 29 Dekabr 2023

Türkiyə Super Kuboku matçı təxirə salınıb.

Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" Səudiyyə Ərəbistanı hökumətinin qadağalarına görə oyuna çıxmaqdan imtina edib.

****

"Qalatasaray" və "Fənərbaxça" Türkiyə Super Kuboku matçında üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistani hökuməti klublara qadağa tətbiq edib. Yerli hökumət futbolçuların meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmasına icazə vermir.

Buna görə "Qalatasaray" qaldığı otelə qayıdıb. "Sarı-qırmızılar" qadağa ləğv olunmasa, oyuna çıxmayacaqlarını bildirir.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtilə saat 21:45 Ər-Riyadda keçiriləcək.

Xəbər xətti