"Beşiktaş" fransalı məşqçi ilə anlaşdı

20:44 - 30 Dekabr 2023

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Bruno Genesionun çalışdıracağı gözlənilir. Artıq tərəflər arasında razılıq əldə olunub.

57 yaşlı mütəxəssislə 1,5 illik müqavilə razılaşdırılıb. Fransalı məşqçinin illik maaşı 3,5 milyon avro olacaq.

Qeyd edək ki, Bruno Genesio son olaraq “Renn”ə rəhbərlik edib. O, noybarın 19-da vəzifəsini tərk edib.

Xəbər xətti