"Adana Demirspor" Şahruddinin əsas rəqibi ilə yollarını ayırır

12:22 - 31 Dekabr 2023

Türkiyənin "Adana Demirspor" klubunda növbəti ayrılıq gerçəkləşəcək.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Ertaç Özbirlə yollarını ayıracaq. Bu barədə insayder Ertan Süzgün öz tvitter hesabında məlumat yayıb.

Yaxın günlərdə rəsmi açıqlama ediləcək.

Qeyd edək ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev də "Adana Demirspor"da çıxış edir.

Xəbər xətti