"Beşiktaş" türk hücumçu ilə müqavilə imzaladı

19:12 - 2 Yanvar 2024

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Semih Kılıçsoyun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı hücumçu 2028-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Gənc forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti