Azərbaycanlı futbolçu "Boluspor"a keçdi

22:01 - 3 Yanvar 2024

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyəyə geri dönüb. 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Albaniyadakı karyerasını yekunlaşdıraraq "Boluspor"a keçib. Türkiyə təmsilçisi Vüsal üçün "Eqnatiya"ya transfer məbləği ödəyib.

İsgəndərli Türkiyənin birinci liqa klubu ilə 1,5 illik müqaviləyə qol çəkib. 

Onun komandası hazırda birinci liqada 17 turdan sonra 10-cu pillədə qərarlaşıb. 

Xəbər xətti