"Qarabağ"ın rəqibi ilə "Beşiktaş" bu futbolçu üçün mübarizə aparır

19:59 - 4 Yanvar 2024

Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-də çıxış edən Şer Ndrula maraqlanır. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

"Beşiktaş" 19 yaşlı orta xətt oyunçusunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" da gənc yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Qeyd edək ki, PSJ Şer Nduru mövsümün əvvəlində "Benfika"dan transfer edib. İtaliyalı futbolçu Paris təmsilçisinin heyətində Liqa 1-də 3 matçda meydana çıxıb.

Xəbər xətti