"Neftçi" hücumçusu ilə yollarını ayırdı - SON DƏQİQƏ

18:20 - 6 Yanvar 2024

Mövsümün ikinci yarısına hazırlaşan "Neftçi"də ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Aaron Olanare ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsazında xitam verib.

Qeyd edək ki, Aaron Olanare mövsümün ilk yarısını "Neftçi"də keçirib. 29 yaşlı forvard "ağ-qaralar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti