Millimizə daha bir namizəd - Stefan Kuntzun köməkçisinə də dəvət göndərilib

13:49 - 7 Yanvar 2024

AFFA Şenol Günəşdən sonra daha bir türkiyəli məşqçiyə dəvət göndərib.

Sportal.az xəbər verir ki, bu haqda ”Sportinfo TV”nin aparıcı-eksperti Elçin Cəfərov məlumat verib.

Tanınmış yazar millinin baş məşqçi postuna namizəd olan daha bir çalışdırıcının adını açıqlayıb:

”AFFA Kenan Koçaka dəvət göndərib. Türkiyə millisində bundan əvvəl Stefan Kuntzun köməkçisi kimi fəaliyyət göstərən məşqçi uzun illərdir Almaniyada yaşayır. Bir sıra aşağı yaş qruplarında, Bundesliqa təmsilçilərində önəmli vəzifələr tutub. Kənan Koçaka da bu post təklif olunub”.

Xəbər xətti