Tanınmış qolkiper komandasını dəyişmədi

15:49 - 9 Yanvar 2024

Fransa millisinin sabiq qapıçısı Stiv Mandanda iş yerini dəyişməyəcək. 

Sportal.az xəbər verir ki, təcrübəli qolkiper “Renn”lə müqavilə müddətini artırıb.

Onun müqavilə müddəti 2025-ci ilin iyun ayında bitəcək. 

Mandanda "Renn"in heyətində 64 oyuna çıxıb. 38 yaşlı futbolçu “Havr”, “Marsel”, “Kristal Pelas” komandalarında oynayıb.

Qeyd edək ki, Türkiyə klublarının Stivin xidmətində maraqlı olduğu iddia edilirdi.

Xəbər xətti