Rumıniya millisinin əfsanəsi: "Mutunun "Neftçi"dəki işi uğursuz alındı"

16:18 - 9 Yanvar 2024

Rumıniyalı futbol mütəxəssisi Yoan Andone Adrian Mutunun yerli “Kluj”a baş məşqçi təyin oluna biləcəyindən danışarkən onun “Neftçi”dəki işinə də toxunub. 

Sportal.az xəbər verir ki, “Digi Sport”a açıqlama verən Andone Adrianın Bakı klubunda uğursuz olduğunu vurğulayıb:

"Mutunun "Neftçi"dəki işi uğursuz alındı. Mövsümün ortasında işdən çıxarıldı. Bu da onu göstərir ki, "Neftçi" ondan istədiyini ala bilmədi. Düşünmürəm ki, “Kluj” hazırkı baş məşqçi Mandorlinini dəyişsin. Fasilədən sonra hər şey pisləşsə, bəlkə də baş verər. Rumıniyaya gələn bütün italiyalı məşqçilərin təzminatı çox böyükdür".

Xatırladaq ki, Adrian Mutu ötən ilin iyulundan dekabrına kimi “Neftçi”də işləyib.

Yoan Rumıniya futbolunun əfsanələrindən hesab edilir. Veteran müdafiəçi 1981-1990-cı illərdə millidə 55 matça 2 qol vurub. 63 yaşlı mütəxəssis “Dinamo”(Buxarest), “Əl-Əhli”, ÇSKA(Sofiya), “Astana”, “Aktobe” kimi komandaları çalışdırıb.

Mirbağırağa

Xəbər xətti