"Turan Tovuz"un matçı təxirə salındı

17:17 - 9 Yanvar 2024

Bu gün “Turan Tovuz” 2024-cü ildəki Türkiyə toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxmalı idi.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Voluntari” ilə qarşılaşacaqdı.

Lakin matç hava şəraitinin əlverişsiz olmasına görə təxirə salınıb.

Matç sabah Bakı vaxtı ilə 17:00-da baş tutacaq.

Xəbər xətti