"Yuventus"da portuqaliyalı müdafiəçi

20:53 - 14 Yanvar 2024

İtaliyanın "Yuventus" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Lill"dən Tiaqo Dyalonu rənglərinə bağlayıb. Bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.

"Yuventus" 23 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 3,5 milyon avro təzminat ödəyəcək. Futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Tiaqo Dyalo "Lill"ə 2019-cu ilin yayında "Milan"dan transfer olunub. Portuqaliyalı arxa xətt oyunçusu Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 102 rəsmi matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti