"Qəbələ"dən növbəti transfer - RƏSMİ

22:31 - 4 İyul 2025

“Qəbələ” yeni transferini gerçəkləşdirib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Qəbələ təmsilçisi 24 yaşlı futbolçu İsaaq Amoahla anlaşıb. Mərkəz müdafiəçisinin son klubu İspaniyanın 3-cü liqa komandası “Atletiko Sanlukenyo” olub.

Qanalı oyunçu karyerası ərzində 80 oyuna 2 qol vurub və 1 qolun ötürməsini edib.

Qeyd edək ki, “Qəbələ” daha öncə Prins Ovusu  ilə anlaşdığını açıqlamışdı.

Xəbər xətti