İtaliyanın "Atalanta" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Cenoa"dan Honest Ahanoru transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Atalanta" italiyalı sol cinah müdafiəçisi üçün onun klubuna 16+4 milyon avro təzminat ödəyəcək. 17 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Honest Ahanor "Cenoa"nın yetirməsidir. Gənc oyunçu ötən ilin yayında əsas komandaya cəlb olunub. O, A Seriyasında meydana çıxdığı 6 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi