Kayl Uolker "Bernli" klubuna keçməyə yaxındır.
Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, "Mançester Siti"nin müdafiəçisi Premyer Liqaya yenidən yüksəlmiş klubla transferi başa çatdırmaq üçün tibbi müayinədən keçir. Əgər hər şey plana uyğun getsə, 35 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanacaq.
"Mançester Siti" bu transferdən bonuslarla birlikdə 5 milyon funt sterlinqə qədər gəlir əldə edəcək. Uolkerin "şəhərlilər"lə olan mövcud müqaviləsi gələn il başa çatır.
Xatırladaq ki, ingiltərəli oyunçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirmiş və orada 16 matçda iştirak etmişdi. Lakin italyanlar onu daimi əsasda transfer etmə qərarını verməyiblər.
saytlarin hazirlanmasi