"Neftçi" futbolçusunu bu kluba icarəyə verməyə hazırlaşır

13:48 - 15 Yanvar 2024

"Neftçi"nin futbolçusu, "Kəpəz"ə keçidi gündəmdə olan İsmayıl Zülfüqarlı böyük ehtimalla Premyer Liqanın başqa klubuna keçəcək.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi "Turan Tovuz"la anlaşmağa yaxındır.

Artıq tərəflər arasında şifahi razılıq əldə edilib. Yaxın günlərdə Zülfüqarlının bölgə klubuna icarəyə verilməsi reallaşacaq. O, mövsümün sonuna qədər Tovuz klubunda oynayacaq.

22 yaşlı futbolçu “Neftçi”nin yetirməsidir və onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti